AZ

Ev dekorasiyasında həsir dəbinin incəlikləri

Son illərdə təbiiliyə və sadəliyə yönəlmiş ev dekorasiyasında həsir materiallar yenidən populyarlıq qazanıb. 

 

Pravda.az evdə təbii və ahəngdar görünüş yaratmaq üçün aşağıdakı detallara diqqət yetirməyi tövsiyə edir:

 

Həsir detallı mebellər: Xalçalar, jurnal masası və televizor stendləri evə təbii istilik və estetika qatır.

 

Həsir səbətlər: Oyuncaqlardan bitkilərə qədər bir çox əşyanın səliqəli saxlanması üçün funksionaldır.

 

Həsir işıqlandırma: Abajur və çilçıraq otağa yumşaq işıq və isti atmosfer verir.

 

Həsir çərçivəli aksesuarlar: Güzgülər və divar bəzəkləri məkanı vizual olaraq genişləndirir.

 

Həsir vazalar: Bitkilərlə birlikdə istifadə olunduqda evdə təbii və sakitləşdirici guşə yaradır.

 

Mütəxəssislər həmçinin həsir dekorların daha yaxşı görünməsi üçün evdəki ümumi rəng tonlarının bej, torpaq və digər təbii çalarlarda olmasının vacibliyini vurğulayır.

 

Əminə Bayramova

Tarix: 18 Sentyabr 2025, 12:41   
Seçilən
15
pravda.az

1Mənbələr