Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Çinin milli müdafiə naziri admiral Dong Junun dəvəti ilə 12-ci Syanşan Forumunda iştirak etmək üçün Pekində işgüzar səfərdədir.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 18-də müdafiə naziri "Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi" şüarı ilə keçirilən 12-ci Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib.
Forum çərçivəsində general-polkovnik Z.Həsənov çinli həmkarı admiral D.Jun və Mərkəzi Hərbi Şuranın Avadanlıqların İnkişafı Departamentinin direktoru general Xu Xueqiang ilə görüşüb.