Cari ilin ilk altı ayı ərzində Baş Prokurorluq tərəfindən 13 min cinayət faktı qeydə alınıb. Bu, ötən illə müqayisədə 20 faiz azalma deməkdir.
Busaat.az xəbər verir ki, bunu Baş Prokurorluğun rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov deyib.
O qeyd edib ki, yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayətlərdə də 25 faiz azalma müşahidə edilib. Həmçinin ölümlə nəticələnən hallarda azalma olub. “Reallıq sosial şəbəkələrdə göründüyü kimi deyil. Əslində, narahatçılıq üçün ciddi əsas yoxdur. Mediada eyni hadisələrin müxtəlif başlıqlar altında yayımlanması bəzən bu halların daha çox olduğu təəssüratını yaradır. Bu isə təbii haldır”, – deyə C.Kazımov əlavə edib.