AZ

Starmer Tramp gedən kimi bu qərarını açıqlayacaq

Britaniyanın baş naziri Kir Starmerin bu həftə Fələstin dövlətini tanıyacağı gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Starmer daha əvvəl bunları demişdi: "İsrail Qəzzadakı humanitar vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən şərtlərə əməl etməsə, bu ay Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətçiliyini tanımaq niyyətindədir".

Qeyd edək ki, dünya liderlərinin iştirakı ilə BMT sammitində yüksək səviyyəli görüşlər sentyabrın 23-də başlayacaq. Bildirilir ki, Starmer diqqət mərkəzinə çevriləcəyindən ehtiyat edərək, Trampın çıxışından sonra Britaniyanın Fələstini tanıdığını rəsmən elan etməyi planlaşdırır.

Məlumata görə, Londonda qəbul ediləcək bu qərar ABŞ administrasiyası ilə fikir ayrılığı yaradıb. Bununla belə, Fransa, Avstraliya və Kanada da BMT iclasında oxşar addım atmaq planlarını açıqlayıblar.

Xatırladaq ki, iyul ayında leyborist deputatların artan təzyiqindən sonra Starmer Qəzzadakı humanitar böhran fonunda Fələstin dövlətçiliyini tanıyacağını bildirmişdi. O, həmçinin vurğulamışdı ki, tanınma addımı şərtlidir və yalnız İsrailin atəşkəsə, iki dövlətli həllə və humanitar yardımın bərpasına imkan verəcək davamlı sülhə razılıq verməsi halında həyata keçiriləcək.

Seçilən
4
publika.az

1Mənbələr