AZ

Azərbaycan və Almaniya arasında ilk yarım il ərzində birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Bakı. Trend:

Cari ilin ilk 6 ayı ərzində Almaniyadan Azərbaycanıniqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 17,029 milyonABŞ dolları təşkil edib.

Bu barədə Trend-əAzərbaycan Mərkəzi Bankından bildiriblər.

Məlumatlara görə, bu göstərici keçən ilin eyni dövrü iləmüqayisədə 27,1 milyon ABŞ dolları və ya 61,4% azdır.

Hesabat ilində Almaniyadan gələn investisiyaların Azərbaycanınümumi birbaşa xarici investisiyalarındakı payı 0,5% təşkiledib.

Öz növbəsində, cari ilin ilk 6 ayında Azərbaycan Almaniyanıniqtisadiyyatına 14 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da keçənilin eyni dövrü ilə müqayisədə 602 min ABŞ dolları və ya 4,1%azdır.

Azərbaycanın Almaniyaya investisiyalarının ümumi birbaşa xariciinvestisiyalardakı xüsusi çəkisi 1% təşkil edib. Beləliklə,Almaniya Azərbaycan üçün ən çox investisiya yatırdığı ölkələrarasında 11-ci yerdə qərarlaşıb.

2024-cü ilin ilk 6 ayında Almaniyadan Azərbaycana birbaşa xariciinvestisiyaların həcmi 44,2 milyon ABŞ dolları, Azərbaycandan buölkəyə investisiyaların həcmi isə 14,575 milyon ABŞ dollarıolub.

Cari ilin ilk 6 ayında Azərbaycanın iqtisadiyyatına birbaşaxarici investisiyaların həcmi 3,222 milyard ABŞ dollarını ötüb ki,bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 244,3 milyon ABŞdolları və ya 8,2% çoxdur.

Bununla yanaşı, hesabat dövründə Azərbaycanın xariciiqtisadiyyata yönəltdiyi birbaşa xarici investisiyaların həcmi1,350 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk 6ayı ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya 35,2%çoxdur.

Məqalədə:
Seçilən
27
az.trend.az

1Mənbələr