AZ

Məşhur müğənni yeni bənövşəyi saç rəngi ilə diqqət çəkdi

Məşhur müğənni yeni bənövşəyi saç rəngi ilə diqqət çəkdiTürk pop musiqisinin sevilən ifaçılarından Melek Mosso son zamanlar tez-tez dəyişən imici ilə diqqət mərkəzindədir.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, illərdir səhnələrdə uzun saçları ilə tanınan sənətçi, bir müddət əvvəl saçını kəsərək fərqli bir üsluba yönəlmişdi.

Mosso indi isə saç rəngində yeni dəyişiklik edərək qırmızı tonlardan imtina edib. O, bənövşəyi və qaranın kontrast birləşməsini seçib. Xüsusilə ön hissələri parlaq bənövşəyi rəngə boyanmış qısa saçlar ifaçıya tamamilə fərqli bir görünüş qazandırıb.

Müğənni yeni imicini sosial media hesabında paylaşaraq izləyicilərini iki yerə bölüb. Bəzi pərəstişkarları bu dəyişikliyi "cəsarətli addım" kimi qiymətləndirib, digərləri isə "Qızıl tonları sənətçiyə daha çox yaraşırdı, əvvəlki halı daha gözəl idi" şəklində rəy bildirib.

Seçilən
15
sonxeber.az

1Mənbələr