AZ

Dünya məşhurları Fələstin üçün birləşdilər Londonda rekord yardım konserti keçirilib + VİDEO

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Dünən axşam İngiltərənin paytaxtı Londonda Fələstin üçün indiyə qədər təşkil olunmuş ən böyük yardım konserti keçirilib. Konsertdən əvvəl isə bir sıra dünya şöhrətli simalar ortaq videomesaj yayımlayaraq Fələstində atəşkəs və qətliamın dayandırılması çağırışı ediblər.

Videoda amerikalı pop ulduzu Billi Eiliş, “Peaky Blinders” və “Oppenheimer” serialları ilə tanınan Silian Merfi, “Joker” rolu ilə məşhurlaşan Xoakin Feniks, Oskar mükafatı sahibi ispaniyalı aktyorlar Penelope Kruz və Xavier Bardem, musiqi dünyasının əfsanələri Piter Qabriel və Pol Veller, Nobel mükafatı laureatı aktivist Malala Yusafzai və digər məşhurlar iştirak ediblər.

Videoda Billi Eiliş və qardaşı Finias “Fələstin üçün birlikdə” mesajını veriblər. Şotlandiyalı aktyor Brayan Koks, “Fələstin xalqı adına gerçəyi söyləmək vacibdir” deyərkən, amerikalı fotoqraf və aktivist Nan Qoldin, “Sənətçinin rolu həmişə gerçəyi demək və risk almaqdır” ifadəsini işlədib.

Uşaq ədəbiyyatı yazarı Maykl Ueyn Rozen, “Bu ölkənin liderləri Qəzzada sivil əhaliyə qarşı törədilən kütləvi qətldə suç ortağıdırlar” deyib. İngilis komediyaçı və rejissor Stiv Kuqan isə çıxışında “Hər şey bitəndən sonra deyil, indi danışmaq vacibdir. Hökumətinizə təzyiq göstərin, atəşkəs çağırışı edin, qətlləri dayandırın” deyib.

Konsertdən əldə olunan gəlirin fələstinli humanitar təşkilatlara yönəldiləcəyi bildirilib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
azpolitika.info

1Mənbələr