AZ

Azərbaycan millisi FİFA reytinqində 124-cü sıraya düşdü

Fernando Santosun gedişindən sonra baş məşqçisiz qalmış futbol üzrə Azərbaycan millisi FIFA reytinqində daha 2 pillə geriləyib.

Arena.az bu barədə FIFA-nın rəsmi saytına istinadən xəbər verir.

Millimiz 122-ci pillədən 124-ə enib. Azərbaycan yığması hazırda 1148,09 xala malikdir.

Buna millimizin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə İslandiyaya 0:5 hesablı məğlubiyyəti və evdə Ukrayna ilə heç-heçə etməsi (1:1) səbəb olub.

FIFA reytinqinə 1875.37 xalla İspaniya yığması başçılıq edir. Fransa (1870.92) ikinci, Argentina (1870,32) isə üçüncü pillədə yer alıb.

error: Məzmun qorunur!
Seçilən
38
26
arena.az

10Mənbələr