Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Azərbaycanla BƏƏ münasibətləri özünün inkişaf dövrünü yaşayır. Son illər dövlət başçılarımızın mütəzəm qarşılıqlı səfərləri və imzalanmış sənədlər ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdə yeni səhifə açmışdır”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Şuşaya səfəri və bu səfəri çərçivəsində imzalanmış 14 sənəd, o cümlədən dövlət başçılarının imzladığı hərtərəfli strateji tərfdaşlığın genişləndirlməsinə dair saziş əməkdaşlığımızın hərtərəfli inkişafı üçün yeni imkanlar açır.
Azər Badamov
“Ölkələrimiz arasındakı ticarət dövrüyyəsi 2,5 milyard dollara yaxınlaşmaq üzərədir. O cümlədən BƏƏ Azərbaycan iqtisadiyyatına ən çox investisya qoyan ölkələr sırasında 5-ci yerdədir. BƏƏ-nin ADNOS şirkəti Xəzər dənizində qaz yataqların işlənməsində, Masdar şirkəti isə bərpaolunan enerji sektoruna böyük investisyalar yatırır. Son vaxtlar ərsəyə gələn günəş və külək elektrik stansiyaları enerji sektorumuzun gücünün artırılmasına yeni bir impuls vermişdir. Həm də ölkələrimiz arası qeyri-neft sektorunun digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsi qarşılıqlı marağımızdadır. Belə ki, BƏƏ Gəmiqayırma Zavoduna iki konteyner gəmisinin tikilməsi ilə bağlı sifariş vermişdir. Ölkəmizdə istehsal olunan aqrar məhsulların BƏƏ bazarına çıxarılması imkanları nəzərdən keçirilir”-deyə deputat vurğulayıb.
Azər Badamov qeyd edib ki,mədəniyyətlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində müvafiq addımlar atılacaq.
Deputat bildirib ki, BƏƏ prezidentinin Şuşaya gəlməsinin özü çox böyük bir siyasi əhəmiyyətə malik hadisədir: “Bu səfərlə dost olduğumuz bütün dünyaya nümayiş edildi”.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.