AZ

Məşhur türk futbolçu: “İnsan “Qarabağ”a həsəd aparır” – VİDEO

Türkiyəli tanınmış futbol mütəxəssisi Nihat Kahveci “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Benfika” üzərindəki zəfərindən 3:2 hesablı qələbəsindən danışıb.
Heftelik.az xəbər verir ki, o, “Kontraspor” verilişində Azərbaycan təmsilçisinə həsəd apardığını bildirib:
“Mourinyo baba deyirdi ki, “Benfika” möhtəşəm komandadır, cütün favoritidir, bizim məğlubiyyətimiz normaldır. Azərbaycanlı qardaşlarıma, futbolçulara, klub prezidentindən idarəçisinə qədər, bütün azarkeşlərinə salam deyirəm, təbrik edirəm. 2:0-dan geridönüş etdilər, 3:2 hesabı ilə qalib gəldilər. İzlədim. Vurduqları qollara, oyun epizodlarına baxdım. İnsan “Qarabağ”a həsəd aparır. Yeri gəlmişkən, Mourinyo indi özü “Benfika”ya baş məşqçilik edəcək”.

Seçilən
34
7
heftelik.az

8Mənbələr