AZ

Lamin Yamal “Xetafe” və “Real Ovyedo”ya qarşı oynamayacaq

İspaniya millisinin və “Barselona”nın ispaniyalı vingeri Lamin Yamal zədə səbəbindən daha 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az bu barədə İspaniya mətbuatına istinadən məlumat verir.

Yamal İspaniya millisinin düşərgəsindən kluba zədəli qayıdıb. O, yığmanın məşqi zamanı zədələnmişdi. Klub həkimlərinin ətraflı müayinələrindən sonra futbolçunun daha bir neçə gün istirahət etməsinə ehtiyac olduğu bildirilib. Bu üzdən də o, İspaniya La Liqası çərçivəsində “Xetafe” (21 sentyabr) və “Real Ovyedo”ya (23 sentyabr) qarşı keçirəcəkləri oyunlarda forma geyinə bilməyəcək.

Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal cari mövsümdə “blauqrana”nın heyətində 3 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 109 oyun, 27 qol və 37 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 23 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir – Yamal dünyanın ən bahalı oyunçusudur.

error: Məzmun qorunur!
Seçilən
48
30
arena.az

10Mənbələr