AZ

Tanınmış aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Tanınmış aktrisa, məşhur komediya ustası Cem Yılmazın keçmiş həyat yoldaşı Ahu Yağtu səhhətində yaranan ciddi problem səbəbilə xəstəxanaya yerləşdirilib.

Day.Az Milli.Az-a istinadla xəbər verir ki, məlumata görə, aktrisa qəfil huşunu itirib və həkimlər tərəfindən aparılan müayinələrdən sonra ona beyin anevrizması diaqnozu qoyulub.

Ahu Yağtunun idarəetmə agentliyi məsələ ilə bağlı açıqlama verib:

"Dünən huşunu itirən Ahu Yağtu dərhal xəstəxanaya çatdırılıb və müalicəyə başlanılıb. Bütün analizlərdən sonra ona beyin anevrizması diaqnozu qoyuldu. Hazırda səhhəti yaxşıdır və müalicə davam etdirilir."

  • Tanınmış
  • Tanınmış
Seçilən
28
9
day.az

10Mənbələr