AZ

Türkmənistandan münaqişələrin həlli ilə bağlı yeni təklif

BAKI, 18 sentyabr. TELEQRAF

Türkmənistan BMT Baş Assambleyasının ABŞ-nin Nyu-York şəhərində keçiriləcək 80-ci sessiyası üçün prioritetlərini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurum bildirib ki, Türkmənistan beynəlxalq münaqişələrin sülh, siyasi və diplomatik vasitələrlə həllinə qətiyyətlə sadiqdir.

Türkmənistan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək və öz təşəbbüslərini BMT çərçivəsində fəal şəkildə təşviq edəcək. Ölkəmiz qarşılıqlı etimada və hörmətə əsaslanan müsbət neytrallıq siyasətinin sabitliyin təmin edilməsi, münaqişələrin qarşısının alınması, beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm alət olduğunu rəhbər tutur. BMT Nizamnaməsinin dəyişməz prinsipləri və dünya birliyi tərəfindən tanınan beynəlxalq hüquq normaları Türkmənistanın sülhməramlı səylərinin əsasını təşkil edir. Bu da öz növbəsində istənilən mübahisəli beynəlxalq məsələlərin ədalətli və sülh yolu ilə həllinin tapılması üçün etibarlı əsasdır.

BMT Baş Assambleyasının “Türkmənistanın daimi neytrallığı” adlı 79/274 saylı qətnaməsinə uyğun olaraq, ölkəmizsülh və təhlükəsizlik naminə neytrallıq prinsiplərinə riayət edilməsi və həyata keçirilməsinə dair xüsusitəlimatın hazırlanmasında fəal iştirak etmək, habelə BMT-də sülh və təhlükəsizlik naminə media palatasının yaradılması məqsədilə məsləhətləşmələrin keçirilməsi təşəbbüsü ilə çıxış etmək niyyətindədir. Bu, neytral dövlətlərin sülh danışıqları və münaqişələrin həlli üçün potensialından səmərəli istifadə etməyə kömək edəcək.

Türkmənistan Beynəlxalq Vasitəçilik Gününün elan edilməsinə dair qətnamə layihəsinə baxılmasını da təklif edəcək. Bu, münaqişələrin qarşısının alınması və həllində diplomatiyanın və neytral platformaların əhəmiyyətini vurğulayacaq”.

Seçilən
11
teleqraf.com

1Mənbələr