AZ

Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasından 12 il ötür

Quba Soyqırımı Memorial Kompleksini indiyə qədər 1 milyon 200 mindən çox insan ziyarət edib. Onlardan 200 mindən çoxu əcnəbi ziyarətçilərdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Quba Soyqırımı Memorial Kompleksinin fəaliyyətə başlamasından 12 il keçir.

2007-ci il aprel ayının 1-də Quba şəhər stadionu ərazisində torpaq işləri görülərkən kütləvi məzarlıq aşkar edilib. Həmin ilin iyul ayından etibarən ümumi sahəsi 514 kvadratmetr olan ərazidə Azərbaycan Milli Elmlər Akademiyası, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən tədqiqat işlərinə başlanılıb. Arxeoloji qazıntılar nəticəsində insan sümükləri ilə doldurulmuş 2 quyu və 2 arx (kanal) aşkarlanıb. 2008-ci ilin sentyabrında tədqiqat işləri başa çatdırılıb və məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

2009-cu il dekabrın 30-da Prezident İlham Əliyev tərəfindən Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzalanıb. Bundan sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Qudyalçayın sol sahilində memorial kompleks inşa edilib.

2013-cü il sentyabrın 18-də keçirilən açılış mərasimində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.

Ümumi sahəsi 3,5 hektar olan kompleks 5 hissədən ibarətdir: xatirə abidəsi, simvolik məzarlıq, Soyqırımı muzeyi, Bayraq meydanı və İnformasiya mərkəzi.

Gələn yerli və xarici ziyarətçilərə Azərbaycan, rus, ingilis və ərəb dillərində ətraflı məlumatlar verilir.

​​​​​​"Cebheinfo.az"

Seçilən
3
3
cebheinfo.az

4Mənbələr