AZ

ÇL: Azərbaycan klublarının növbəti sınağı

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycanın minifutbol klubları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında növbəti oyunlarını keçirəcəklər.

Futbolpress.az xəbər verir ki, ilk olaraq “Aznur” kollektivi meydançaya çıxacaq.

Komanda qrup mərhələsinin II turunda saat 14:00-da “Grupo Raxu Oviedo” (İspaniya) ilə üz-üzə gələcək. III turda isə rəqib Qazaxıstan təmsilçisi “Pioneer Group Almaty” olacaq. Bu görüşə 22:00-da start veriləcək.

“Birbaşa Bakı” qrup mərhələsinin III turunda, saat 16:00-da Serbiyanın “Red Start Belgrade”, “Zirə” isə saat 17:00-da İsrailin “Red Meat Burger Saloon Afula” klubunu sınağa çəkəcək.

“Aznur” ötən gün “Hoverla Zak Praqa” (Çexiya) ilə heç-heçə edib – 1:1. “Birbaşa Bakı” Rumıniya təmsilçisi “Rımniku Vılça” üzərində qələbə qazanıb (4:1), “Portu” ilə qolsuz bərabərə qalıb. “Zirə” Macarıstanın “Budapeşt” komandasını 2:0, Slovakiya təmsilçisi “Jakmart”ı 2:1 hesabı ilə üstələyib. “Zirə” təmsilçilər arasında qrup liderliyini təmin edən ilk komandadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
futbolpress.az

1Mənbələr