AZ

Kozakın Rusiya PA rəhbərinin müavini vəzifəsindən istefası qəbul edilib

Dmitri Kozak Rusiya Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsindən istefa verib.

Herbiand.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Bildirilib ki, Kozakın Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsindən istefası qəbul edilib.

 

Qeyd edək ki, 1958-ci ildə Ukraynanın Kirovoqrad vilayətində doğulan
Dmitri Nikolayeviç Kozak müxtəlif vəzifələrdə çalışıb. Rusiya Baş nazirinin müavini, regional inkişaf naziri, Prezidenti Cənub dairəsi üzrə səlahiyyətli nümayəndəsi və digər yüksək postları tutan Kozak 2020-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, “The New York Times“ avqustun əvvəlində öz mənbələrinə istinadən yazıb ki, hələ 2022-ci ildə Kozak prezident Vladimir Putinə Ukraynaya qoşun yeritməməyi tövsiyə edib və 2025-ci ildə o, sülh danışıqlarına başlamağı və Rusiyada daxili islahatlar aparmağı, o cümlədən təhlükəsizlik qüvvələrini hökumətə tabe etməyi təklif edib.

Seçilən
38
5
herbiand.az

7Mənbələr