AZ

Əliyar Ağayev bu gün "Kopenhagen" - "Bayer-04" oyununu idarə edəcək

Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turu çərçivəsində bu gün keçiriləcək "Kopenhagen" (Danimarka) - "Bayer-04" (Almaniya) oyununu Əliyar Ağayev idarə edəcək.

"Football-plus.az" xəbər verir ki, Bakı vaxtı ilə saat 20.45-da baş tutacaq oyunda onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, görüşün dördüncü hakimi isə Elçin Məsiyev olacaq.

Bu, 37 yaşlı hakimin ÇL-də beşinci oyunu olacaq. Xatırladaq ki, onun Avropanın ən mötəbər turnirindəki ilk oyunu da "Kopenhagen"in matçı olub.

Seçilən
10
3
football-plus.az

4Mənbələr