AZ

Baş Prokurorluq: “Xüsusən yayda qəsdən adam öldürmə cinayətləri olur”

“2024-cü illə müqayisədə prokurorluq orqanlarında istintaq edilən qəsdən adam öldürmə cinayətlərində artım müşahidə olunmur. 

Sadəcə, müəyyən aylarda, xüsusilə yay aylarında şəxsi münasibətlər zəminində baş verən qəsdən adam öldürmə cinayətlərinə rast gəlinir. Bu cinayətlər müxtəlif səbəblərlə ədavət, düşmənçilik və digər şəxsi məsələlərlə əlaqəli olur”. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən brifinqdə istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov məlumat verib. 

Onun sözlərinə görə, baş vermiş qəsdən adam öldürmə cinayətlərinin əksəriyyəti məişət zəminində törədilib. Burada xüsusilə quldurluq, tamah niyyətilə və yaranan nəticələrlə bağlı törədilən qəsdən adam öldürmə cinayətləri subyektiv cəhətdən daha az hallarda qeydə alınıb. Digər hallarda isə cinayətlər şəxsi münasibətlərdəki ziddiyyətlərdən və düşmənçilik zəminindən yaranan qəsdən adam öldürmə hallarıdır.

Seçilən
23
cebheinfo.az

1Mənbələr