AZ

“Qarabağ”ın futbolçusu İspaniya klubunun düşərgəsinə yollanacaq

“Qarabağ”ın U-13 komandasının futbolçusu Ümid Şükürov İspaniyanın “Levante” klubunun akademiyasında təcrübə keçəcək.

Bu barədə AZƏRTAC-a “Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev məlumat verib.

Onun sözlərinə görə, oyunçunun keçidi ilə bağlı Valensiya təmsilçisi ilə danışıqlar son mərhələdədir: “Lakin Ümidin hansı müddətə kimi “Levante”nin düşərgəsində qalacağı hələlik bəlli deyil”.

Qeyd edək ki, “Qarabağ” klubu “Levante” ilə yanaşı, İtaliya təmsilçisi “Udineze” ilə də əməkdaşlıq edir.

Seçilən
5
5
yeniazerbaycan.com

6Mənbələr