AZ

Ermənistan Arpaçayın üzərində bənd tikəcək

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tavuş rayonunun Açarkut (Qərbi Azərbaycanda əvvəllər Qaraqoyunlu dərəsi adlanan ərazidəki kəndlərdən biri - red.) kəndindəki Qaraxan çayının üzərində bənd tikiləcək. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Bununla bağlı Ermənistan hökumət bu gün, sentyabrın 18-də keçirilən iclasında qərar qəbul edib.

Əsasnamədə bildirilir ki, hələ 2024-cü il avqustun 2-3-də baş nazir Nikol Paşinyanın Tavuş vilayətinə səfəri zamanı Tavuş qubernatoruna İcevan icmasının başçısı ilə birgə Qaraxan çayında bəndin tikintisi üçün 300-400 kvadratmetr sahənin ayrılması imkanını müzakirə etmək təklif edilib.

Qeyd edək ki, Qaraxan çayı Qərbi Arpaçayın əhəmiyyətli qollarından biridir. 

Ağarza Elçinoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
2
unikal.az

4Mənbələr