2026-cı il yanvarın 1-dən etibarən Rusiya hərbi qulluqçuları üçün formalar müqavilə sistemi və dövlət müdafiə tədarükü çərçivəsində Rusiya təşkilatları tərəfindən ölkə daxilində istehsal olunmalıdır.
Herbiand.az bildirir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.
Sənədə əsasən, 2027-ci ildən başlayaraq hərbi qulluqçular üçün formalar da yalnız yerli parçalardan hazırlanacaq.
Bu məqsədlə dövlət başçısı hökumətə, Müdafiə Nazirliyinə, Sənaye və Ticarət Nazirliyinə “xaricdə istehsal olunan geyim və avadanlıqların alınmasının aradan qaldırılması üçün” əlavə tədbirlər görməyi tapşırıb.
Bəxtiyar CƏFƏRLİ