AZ

Rəhman Hacıyev: Yaddaşımız azad olunmuş torpaqlarda yeni həyat qurmaq üçün bizə ilham verir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan xalqı üçün yaddaş, sadəcə, tarixin bir “simvolu” deyil, milli kimliyimizin, dözümlüyümüzün və müstəqilliyimizin təməlidir. Azərbaycan xalqı tarix boyu böyük sınaqlardan keçib. Sovet repressiyalarından Birinci Qarabağ müharibəsinə, oradan da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfərə qədər yaddaşımız nəsilləri birləşdirib, kədəri həmrəyliyə, qurbanlarımızın fədakarlığını isə milli dirçəlişin təməl daşına çevirib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Regional sülh, əməkdaşlıq və Qarabağın Dirçəlişinə strateji baxış” Forumunda söyləyib.

“2020-ci ildə Vətən müharibəsi başa çatan kimi Prezident İlham Əliyev məhz Şəhidlər xiyabanından xalqa müraciət edərək Zəfəri bu xatirə məkanından xalqa çatdırdı. Sonrakı illərdə müharibədə həlak olanların ailələri üçün geniş sosial dəstək paketi təsdiq olundu və beləliklə fədakarlığın heç vaxt unudulmayacağını nümayiş etdirdi”, - deyə o qeyd edib.

Tarixi abidələrin və tikililərin də yaddaşımızın bir hissəsi olduğunu deyən Rəhman Hacıyevin sözlərinə görə, bu gün Qarabağda inşa edilən memorial komplekslər, Şəhidlər xiyabanı, Xocalı soyqırımı abidəsi, Zəfər memorialı – bunların hamısı yalnız simvol deyil, həm də dirçəlişimizin, milli iradəmizin göstəricisidir.

“Yaddaşımız yalnız matəm və kədərli xatirələrlə məhdudlaşmır, kimliyimizi formalaşdırır, milli birliyimizi möhkəmləndirir və azad olunmuş torpaqlarda yeni həyat qurmaq üçün bizə ilham verir. Keçmişin dərsləri yaddaşımızda yaşadıqca, hər birimiz həm öz vəzifəmizi daha yaxşı dərk edir, həm də gələcək nəsillər üçün daha sabit, dayanıqlı bir mühit yaratmağa çalışırıq”, - deyə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
azertag.az

2Mənbələr