AZ

Erməni biznesmen ukraynalı deputatın qətlində ittiham OLUNUB

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Ukraynada dələduzluq işi üzrə axtarışda olan iş adamı Arayik Əmirxanyana keçmiş Ali Rada deputatı İlya Kivanın qətlinə kömək ittihamı irəli sürülüb.

Ölkə.az xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat yayılıb.

Bildirilir ki, Əmirxanyan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 və 222-ci maddələri (qətl və qanunsuz silah dövriyyəsi) üzrə ittiham olunur. İstintaq hesab edir ki, o, Kiva barədə məlumatları Ukrayna Təhlükəsizlik Xidmətinə ötürüb.

Bundan əvvəl, Moskvaətrafı məhkəmə Arayik Əmirxanyanın qətl işi çərçivəsində həbs edildiyi xəbər yayılmışdı. Bundan əlavə, yay aylarının əvvəlində o, məhkəmə icraçısına rüşvət verdiyinə görə altı il azadlıqdan məhrumetmə və cərimə ilə cəzalandırılmışdı. Məhkəmə müəyyən etmişdi ki, iş adamı şirkətin hesablarından arestin götürülməsi üçün iki dəfə pul köçürüb. Avqust ayında apellyasiya instansiyası hökmü qanuni sayıb.

Qeyd edək ki, İlya Kiva 2023-cü il dekabrın 6-da Moskva vilayətinin Suponyevo qəsəbəsində qətlə yetirilib. İstintaqın versiyasına görə, naməlum şəxs onu kottec qəsəbəsinin parkında güllələyib, keçmiş deputat hadisə yerində ölüb. 

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
1
olke.az

2Mənbələr