AZ

Azərbaycanın nəqliyyat xidmətləri profisiti 53% artıb

2025-ci ilin ilk 6 ayında qarşılıqlı xidmətlər dövriyyəsində 27,9% pay nəqliyyat xidmətlərinə düşüb. Ümumi dəyəri 2,6 milyard dollar olan bu xidmətlərin 66,5%-i qeyri-rezidentlərin Azərbaycan nəqliyyat xidmətlərindən istifadəsi ilə bağlı olub.

Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1,7 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri xidmətlərin dəyəri isə 866,1 milyon dollar təşkil edib.

Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,5% artıb, idxalı isə 7% azalıb. Nəticədə, nəqliyyat xidmətləri üzrə profisit 53% artaraq 856,4 milyon dollar olub. Qeyd edək ki, 2024-cü ilin ilk 6 ayında bu göstərici 559,8 milyon dollar təşkil edib.

Fuad Mədətov
Finss.az

Seçilən
21
fins.az

1Mənbələr