BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Nikol Paşinyanın sözlərinə görə, "Trump marşrutu"nda elə texnologiya tətbiq ediləcək ki, Ermənistan sərhədçisi azərbaycanlı sərnişinlərin pasportunu görməyəcək.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Video açılmırsa, Youtube kanalımızda baxın.
Ermənistanın Baş naziri Nikol Paşinyan "Trump marşrutu"ndan keçid zamanı sərhəd yoxlamasından danışıb. Parlamentdə ondan soruşublar ki, azərbaycanlılar sərhəddən keçəndə necə yoxlanacaqlar.
"Ermənistan sərhədçisi azərbaycanlıların pasportunu yoxlayacaqmı? Ermənistan gömrükçüsü azərbaycanlıların yükünü yoxlayacaqmı? Əgər, məsələn, hansısa bir azərbaycanlı yol üzərində cinayət törədərsə bizim patrul müdaxilə edə bilər ya yox? Erməni hakim cinayət törətmiş azərbaycanlını Ermənistan məhkəməsində mühakimə edə biləcək, ya yox?" - müxalif millət vəkili Aqnesa Xamoyam maraqlanıb.
Paşinyan cavab verib ki, Ermənistanın yurisdiksiyası istənilən vətəndaşlıq və ya millətdən olan insanlara eyni dərəcədə şamil edilən dövlət prinsipidir.
"Bu gün bir çox ölkədə... Britaniyada, Birləşmiş Ştatlarda, Birləşmiş Ərəb Əmirliklərində - bu ölkələrin sərhədçiləri onların ölkələrinə daxil olan şəxslərin pasportlarını yoxlamırlar. O ölkələrə daxil olan şəxslərin pasportlarını mexanizm, cihaz, qurğu yoxlayır", - Baş nazir Paşinyan deyib.
O bu üsulun Azərbaycan-Ermənistan sərhədində də tətbiq ediləcəyini bildirib.
"Biz bu qaydanı Ermənistan-Gürcüstan sərhədində, Ermənistan-Türkiyə sərhədində, Ermənistan-İran sərhədində, hava limanımızda bizim vətəndaşlar üçün, xarici vətəndaşlar üçün də tətbiq etməliyik", - Paşinyan izah edib.
Amerika Birləşmiş Ştatları və Ermənistan razılaşıb ki, Naxçıvanla Azərbaycanın qalan hissəsi ilə nəqliyyat əlaqəsi yaradacaq və Ermənistan üzərindən keçəcək yol Amerika şirkətinə icarəyə veriləcək.
Layihənin həyata keçirilməsi üçün ABŞ Ermənistana birinci tranş olaraq, 145 milyon dollar yardım vəd edib.