BAKI, 18 sentyabr. TELEQRAF
2024-cü illə müqayisədə hazırda qəsdən adam öldürmə cinayətlərində artım müşahidə olunmur.
Teleqraf xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Mahir Abbasov bildirib.
O qeyd edib ki, müəyyən aylarda, xüsusən şəxsi münasibətlər zəminində qəsdən adam öldürmə halları baş verir.
“Ədavət və düşmənçilik əsas səbəblərdən sayılır. Qəsdən adam öldürmə cinayətlərinin çoxu məişət zəminində baş verir. Oğurluq, tamah niyyətləri ilə qəsdən adam öldürməyə nadir hallarda rast gəlinir”.