AZ

Evdar qadınlara şkaflara dəfnə yarpağı qoymaq TÖVSİYƏSİ

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dəfnə yarpağı evdə və bağda zərərvericilərə qarşı effektiv vasitə hesab olunur. Dəfnə yarpağı mənzildə və bağda zərərvericilərlə mübarizə üçün effektiv vasitə kimi tanındı.

Lent.az xarici mətbuata istinadla bu effektiv vasitə ilə bağlı məlumatları təqdim edir:

Mütəxəssislərin sözlərinə görə, bu bitki güvəni uzaqlaşdırmaq gücünə malikdir. Bunun üçün sadəcə bir yarpaq parçasını paltar olan şkafa qoymaq kifayətdir. Bundan əlavə, dəfnə yarpaqları pişikləri mebeli cırmaqlamaqdan və lazımi olmayan yerlərdə tualet ehtiyaclarını ödəməkdən çəkindirir.

“Bu yerlərə dəfnə yarpaqları qoyun, onların ətri o qədər xoşagəlməzdir ki, pişiklər bir dəfəlik bu pis vərdişlərindən əl çəkəcəklər”, - mütəxəssislər bildiriblər.

Həmçinin bir neçə dəfnə yarpağını tərəvəz əkilən sahələrə qoymaq olar ki, digər bitkilər zərərvericilərdən qorunsun, yaxud duşda istifadə etmək olar ki, insan özünü spa-salon kimi hiss etsin. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
lent.az

1Mənbələr