AZ

Rabat şəhərində OIC-CERT təşkilatının İdarə Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzlərinin (CERT) birliyi olan OIC-CERT təşkilatının İdarə Heyətinin 17 sentyabr tarixində Mərakeşin Rabat şəhərində  keçirilmiş növbəti iclasında iştirak edib.

XRİTDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, İdarə heyətinin iclasında təşkilatın 2025-ci il üzrə fəaliyyət planı çərçivəsində görülmüş işlər müzakirə olunub, həmçinin ölkəmizin (CERT.gov.az) inkişafına rəhbərlik etdiyi OIC-CERT-in 4-cü strateji istiqaməti – “Kibertəhlükəsizlik, innovasiya, elmi-tədqiqat, və texnologiya” sahəsində həyata keçirilən işlərin vəziyyəti barədə məlumat verilib.

Bununla yanaşı, İdarə Heyəti XRİTDX-nin üzərində işlədiyi “İnformasiya təhlükəsizliyi mühitinin diaqnostikası” layihəsinin ilkin versiyası ilə tanış olub, hazırlanmış qiymətləndirmə metodologiyasının onlar üçün də maraqlı olduğu və üzv ölkələr arasında bölüşdürülməsinin faydalı olacağı qeyd edilib.

İclas zamanı “Qlobal Kibertəhlükəsizlik Mükafatı” yarışmasına 2025-ci il üzrə təqdim edilmiş layihələrin qiymətləndirmə nəticələri açıqlanıb və Birləşmiş Ərəb Əmirliyinin Kibertəhlükəsizlik Konsulluğun layihəsi qalib elan olunub.

Məlumat üçün qeyd edək ki, XRİTDX OIC-CERT təşkilatının idarə heyətində ölkəmizi artıq 9 ildir uğurla təmsil edir.

Seçilən
27
6
poliqon.az

7Mənbələr