AZ

Azərbaycanlı hakim bu gün "Kopenhagen" - "Bayer" oyununu idarə edəcək

Çempionlar Liqasının Liqa mərhələsinin I turu üzrə bu gün keçiriləcək "Kopenhagen" (Danimarka) - "Bayer" (Almaniya) oyununu Əliyar Ağayev idarə edəcək.

İdman.biz xəbər verir ki, Bakı vaxtı ilə saat 20:45-da baş tutacaq oyunda onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, görüşün dördüncü hakimi isə Elçin Məsiyev olacaq.

Bu, 37 yaşlı hakimin ÇL-də beşinci oyunu olacaq. Maraqlısı budur ki, onun Avropanın ən mötəbər turnirindəki ilk oyunu da "Kopenhagen"in matçı olub.

İdman.biz

Seçilən
21
3
idman.biz

4Mənbələr