AZ

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyə jandarması tərəfindən son iki həftə ərzində keçirilən genişmiqyaslı antiterror əməliyyatlarında İŞİD terror təşkilatına üzv olmaqda, maliyyələşdirməkdə və təbliğat aparmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından paylaşım edib.

O, şübhəlilərin terror təşkilatı ilə əlaqəli sözdə yardım quruluşlarına maliyyə dəstəyi verdiklərini və sosial şəbəkələr vasitəsilə təşkilatın təbliğatını apardıqlarını bildirib.

Əməliyyatlar Adana, Adıyaman, Ankara, Antalya, İstanbul, İzmir, Diyarbəkir, Qaziantep, Şanlıurfa, Hatay da daxil olmaqla ümumilikdə 33 şəhərdə həyata keçirilib. Axtarışlar zamanı çoxlu sayda təşkilati sənədlər və rəqəmsal materiallar ələ keçirilib.

“Terrorla mübarizə yalnız sahədəki əməliyyatlarla məhdud deyil. Təhlükəsizlik, kəşfiyyat, kommunikasiya və beynəlxalq əməkdaşlığı əhatə edən çoxşaxəli bir dövlət refleksinə əsaslanır. Sülh və sabitliyi təmin etmək üçün əməliyyatlarımızı gecə-gündüz davam etdiririk”- deyə o bildirib.

Seçilən
18
turkic.world

1Mənbələr