AZ

ÇL: "Qalatasaray" və "Kayrat" mübarizəyə başlayır

Bu gün UEFA Çempionlar Liqasında 1-ci tura yekun vurulacaq.

Publika.az xəbər verir ki, sonuncu oyun günündə də 6 görüş baş tutacaq.

Azərbaycanlı azarkeşlərin maraqla gözlədiyi qarşılaşmalardan biri Almaniyada baş tutacaq. Türkiyə təmsilçisi "Qalatasaray" "Qarabağ"ın turnirdəki rəqiblərindən biri olan "Ayntraxt"ın qonağı olacaq.

Bundan başqa, Qazaxıstanın "Kayrat" klubunun da qitənin bir nömrəli klub turnirindəki debütü maraqla gözlənilir. Almatı təmsiçisi Portuqaliyada "Sportinq"lə üz-üzə gələcək.

Azarkeşlərin daha 2 maraqlı qarşılaşma izləmək imkanları var. Turnirin favoritlərindən "Barselona" "Nyukasl"ın qonağı olacaq, "Mançester Siti" isə "Napoli"ni qəbul edəcək.

Seçilən
30
publika.az

1Mənbələr