AZ

ÇL: Liqa mərhələsinin ilk turuna 6 oyunla yekun vurulacaq

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün əsas mərhələsinin 1-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, ilk turun sonuncu oyun günündə də 6 qarşılaşma baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən “Napoli” səfərdə İngiltərə nəhəngi “Mançester Siti”nin qonağı olacaq.

Danimarka təmsilçisi “Kopenhagen” isə evdə Almaniyanın “Bayer” komandası ilə üz-üzə gələcək.

Almaniyanın digər təmsilçisi “Ayntraxt” (Frankfurt) da Türkiyə çempionu “Qalatasaray”ı qəbul edəcək.

Xatırladaq ki, “Qarabağ” ÇL-in Liqa mərhələsinin ilk turunda səfərdə Portuqaliyanın “Benfika” komandasına 3:2 hesabıyla qalib gəlib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
18 sentyabr

20:45. “Brügge” (Belçika) – “Monako” (Fransa)
20:45. “Kopenhagen” (Danimarka) – “Bayer” (Almaniya)
23:00. “Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya)
23:00. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Qalatasaray” (Türkiyə)
23:00. “Sportinq” (Portuqaliya) – “Kayrat” (Qazaxıstan)
23:00. “Nyukasl” (İngiltərə) – “Barselona” (İspaniya)

error: Məzmun qorunur!
Seçilən
43
15
arena.az

10Mənbələr