Bakı, 18 sentyabr, AZƏRTAC
“Qarabağ”ın U-13 komandasnın futbolçusu Ümid Şükürov İspaniyanın “Levante” klubunun akademiyasında təcrübə keçəcək.
Bu barədə AZƏRTAC-a “Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev məlumat verib.
Onun sözlərinə görə, oyunçunun keçidi ilə bağlı Valensiya təmsilçisi ilə danışıqlar son mərhələdədir: “Lakin Ümidin hansı müddətə kimi “Levante”nin düşərgəsində qalacağı hələlik bəlli deyil”.
Qeyd edək ki, “Qarabağ” klubu “Levante” ilə yanaşı, İtaliya təmsilçisi “Udineze” ilə də əməkdaşlıq edir.