AZ

Mühasibat, vergi xidmətləri, şirkət qeydiyyatı | Accounting.Az (R)

Accounting.Az Azərbaycanda şirkət qeydiyyatı, mühasibat və vergi xidmətləri, müvəqqəti yaşayış icazəsi alınması kimi xidmətlər təqdim edir.

Accounting.Az haqqında

Accounting.Az Azərbaycanda biznes qurmaq istəyənlər üçün konsultasiya xidməti göstərir, şirkət qeydiyyatı həyata keçirir, sahibkarlara mühasibatlığın təşkili, insan resursları, vergi uçotu və audit xidmətləri təqdim edir. Mühasibat xidmətləri bazarında 10 ildən artıq təcrübəyə malik olan şirkət, dünya üzrə ilk 3-lükdə yer alan müstəqil məsləhətçi və mühasibat firmaları assosiasiyası PrimeGlobal-ın üzvüdür.

Autsorsinq əsaslı xidmətlərin qiyməti münasibdir, müqavilələr qarşılıqlı razılaşma əsasında bağlanır və ilkin məsləhət xidməti isə ödənişsizdir.

Elə isə bizə müraciət edin!

Telefonlar: +994502258205, +994123100929, +994125983798

E-poçt: [email protected]

Azərbaycanda şirkət qeydiyyatı

Azərbaycanın iqtisadi potensialı həm yerli, həm də xarici investorlar üçün cəlbedicidir. Azərbaycanda şirkət qeydiyyatı sadələşdirilmiş prosedurlar və bir sıra güzəştlər təqdim edir.

Biznes fəaliyyəti müxtəlif formalarda qurula bilər: məhdud məsuliyyətli cəmiyyət (MMC), səhmdar cəmiyyəti (SC), nümayəndəlik, filial və s. Son illərdə aparılan islahatlar şirkətlərin qeydiyyatı, ləğvi və bərpası prosesini asanlaşdırsa da, bu iş peşəkar hüquqi bilik tələb edir. Əgər prosesi operativ və düzgün aparmaq istəyirsinizsə, Accounting.Az konsaltinq şirkətinə müraciət edin.

Bundan əlavə, biz hüquqi xidmətlər çərçivəsində əcnəbi işçilərin işə qəbulu və miqrasiya sənədlərinin hazırlanması üzrə dəstək göstəririk.

Mühasibat xidmətləri

Azərbaycanda biznes qurmaq istəyən hər kəs şirkət qeydiyyatını tamamladıqdan sonra ilk növbədə kadr və mühasibat uçotunu düzgün qurmalıdır. Bu mərhələdə müstəqil mühasibat xidmətləri göstərən və insan resursları üzrə məsləhət verən konsaltinq şirkətləri dəstək olur. "Haradan başlamaq lazımdır?" sualı sizi narahat etməsin - bizim ixtisaslaşmış əməkdaşlarımız hərtərəfli yardım göstərir. Peşəkar mütəxəssislər mühasibat xidmətləri çərçivəsində uçotun təşkili, aparılması və maliyyə hesabatlarının hazırlanması işlərini öz üzərinə götürür, mühasibat kargüzarlığını tam şəkildə icra edirlər.

Vergi xidmətləri

Maliyyə itkilərinin qarşısını almaq üçün vergiləri düzgün hesablamaq və bəyannamələri vaxtında təqdim etmək vacibdir. Azərbaycanda biznes qurmaq istəyən hər kəs vergi orqanları ilə ilk dəfə məhz şirkət qeydiyyatı mərhələsində qarşılaşırlar. Çünki sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı Dövlət Vergi Xidmətində uçota alınma ilə həyata keçirilir.

Accounting.Az MMC mühasibat xidmətləri ilə yanaşı, vergi xidmətləri də təqdim edir. Bu çərçivədə "Vergi yoxlamasına hazırlıq" və "Vergi konsultasiyası xidməti" sahibkarları mümkün maliyyə sanksiyalarından qorumağa kömək edir.

Audit xidmətləri

Kənar mütəxəssislərin iştirakı ilə aparılan audit maliyyə hesabatlarının, vergi və mühasibat uçotunun müstəqil qiymətləndirilməsi deməkdir. Audit xidməti maliyyə idarəçiliyinin səmərəliliyini yoxlamağa, mövcud səhvləri aşkarlayıb aradan qaldırmağa imkan verir. Accounting.Az konsaltinq şirkəti uçot və konsultasiya xidmətləri ilə yanaşı, "Vergi auditi", "Mühasibat auditi" və "Kadr sənədlərinin auditi" kimi xidmətlər də təqdim edir.

Hüquq xidmətləri

Korporativ xidmətlər sahəsində ixtisaslaşmış mütəxəssislərimizin təqdim etdiyi hüquqi xidmətlər Azərbaycanda şirkət qeydiyyatı və miqrasiya sənədlərinin hazırlanması ilə məhdudlaşmır. Accounting.Az şirkəti sahibkarlığın müxtəlif formalarının qeydiyyatı, əcnəbi işçilərin işə qəbulu, iş icazələrinin, yaşayış icazələrinin əldə edilməsi və şirkətin ləğvi proseslərində dəstək göstərir.

Biznes üçün vacib məsələlərdən biri də əqli mülkiyyətin qorunmasıdır. İxtiralar, proqram təminatları və digər kommersiya məqsədli məhsulların müdafiəsi, əqli mülkiyyət hüquqları üzrə sənədləşmə, əmtəə nişanı və patentlərin alınması ilə bağlı problemlərin həlli də Accounting.Az MMC-nin hüquq xidmətlərinə daxildir.

Digər xidmətlər

Bizim xidmətlərin tərkibi yuxarıdakılarla bitmir. Təklif edilən xidmətlərə "Tender sənədlərinin hazırlanması", "Kadr xidmətləri", "Kredit sənədlərinin hazırlanması", "İnventarizasiya" və sair bu kimi xidmətlər də daxildir. 

Bizi seçin

"Accounting.Az" komandası hər bir müştəriyə fərdi yanaşır, şirkət qeydiyyatını sürətli və keyfiyyətli şəkildə həyata keçirir, uçotun təşkili üçün kompleks mühasibat xidmətləri, maliyyə itkilərinin qarşısını alan vergi xidmətləri paketi və insan resurslarının idarə olunması üçün kadr xidmətləri təqdim edir.

Müştərinin etimadını doğrultmaq üçün biz onların fikirlərinə diqqətlə qulaq asırıq, nəzakətli və sərfəli xidmət göstəririk, biznesin ehtiyaclarına uyğun məsləhətlər veririk. Biz ünsiyyətciliklə seçilir, asanlıqla əlaqə qururuq. Qiymətlərimiz münasib, xidmətlərimiz isə yüksək keyfiyyətlidir.

Bizimlə indi əlaqə saxlayın:

Telefonlar: +994502258205, +994123100929, +994125983798
E-poçt: [email protected]

Seçilən
8
day.az

1Mənbələr