
Yaponiyada 100 yaşdan yuxarı insanın sayı ilk dəfə olaraq 99 mini keçib.
Reyting.az xəbər verir ki, Yaponiya hökuməti hər il sentyabrın 15-də qeyd olunan “Ahıllara Hörmət Günü” çərçivəsində artan yaşlı əhalinin statistikasını açıqlayıb.
Səhiyyə, Əmək və İnkişaf Nazirliyinin məlumatına görə, 55 ildir ki, əhalinin yaşının 100-ü keçməsi tendensiyası müşahidə olunur. Qadınlar bu qrupun 88 faizini təşkil edir, ölkənin ən yaşlı qadını 114 yaşlı Kaqava Şiqeko, ən yaşlı kişi isə 111 yaşlı Mizuno Kiyotakadır.
Yaponiya hökuməti 1963-cü ildən bəri 100 yaşdan yuxarı insanların sayını müntəzəm olaraq qeyd edir. Həmin il bu yaş qrupunda cəmi 153 nəfər olub. İndisə say 99 mini keçir.
Səhiyyə mütəxəssisləri Yaponiyanın orta ömür uzunluğunun 84,5 il olmasını bir neçə amillə, o cümlədən pəhriz vərdişləri, aktiv həyat tərzi və güclü səhiyyə sistemi ilə əlaqələndirirlər.
V. QULİYEV