AZ

FHN evi yararsız vəziyyətə düşmüş vətəndaşı çadırla təmin edib

Fövqəladə Hallar Nazirliyinə Kürdəmir rayonunun Sığırlı kənd sakini Sərdarov Sərvan Sərdar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Məlumatı nazirliyin mətbuat xidməti yayıb. 

Məlumata görə, bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

P.Əmircanov
XQ

Seçilən
36
17
xalqqazeti.az

10Mənbələr