BAKI, 18 sentyabr. TELEQRAF
Beynəlxalq Olimpiya Komitəsi (IOC) Fələstindəki vəziyyətə baxmayaraq, İsraili yarışlardan kənarlaşdırmayacaq.
Teleqraf-ın məlumatına görə, bu barədə qurum "Insıde The Games" nəşrinə məlumat verib.
Daha əvvəl İspaniyanın baş naziri Pedro Sançes Qəzza zolağında davam edən hərbi münaqişə səbəbindən İsraili beynəlxalq idman yarışlarından uzaqlaşdırmağa çağırıb.
"İsrail və Fələstinin Milli Olimpiya Komitələri IOC tərəfindən tanınıb və bərabər hüquqlara malikdir. Hər iki komitə Olimpiya Xartiyasına sadiqdir. Biz hazırkı münaqişənin idmançılara təsirini azaltmaq üçün onlarla işləməyə davam edirik", deyə bildirilir.
Təşkilat həmçinin qeyd edib ki, 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı İsrail və Fələstin idmançıları eyni Olimpiya kəndində sülh şəraitində yaşayıblar və onlar arasında heç bir münaqişə olmayıb.