AZ

Beyləqanda çətənə bitkiləri əkib-becərən şəxslər saxlanılıblar

Beyləqanda polis əməkdaşları narkotik tərkibli çətənə kollarının kultivasiyasını təşkil edən əvvəllər məhkum olunmuş Abbas Məmmədov və tanışı Daşqın Qədirovu saxlayıblar.

Bu barədə Operativ Media-ya DİN-dən məlumat verilib.

Onların rayon ərazisində yerləşən meşə massivində 67 ədəd çətənə bitkisi yetişdirdikləri məlum olub.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. 

Araşdırma aparılır.

Seçilən
38
15
operativmedia.az

10Mənbələr