AZ

Çin ABŞ ilə ticarət danışıqları fonunda Google a qarşı araşdırmanı dayandırır

Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası Vaşinqtonla ticarət danışıqlarında müsbət dinamika fonunda Amerikanın "Google" korporasiyasına qarşı aparılan antiinhisar araşdırmasını dayandırıb.

Banco.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, qərar Pekinin səylərini ABŞ-la ticarət danışıqlarında rıçaq kimi Amerika texnologiya şirkəti Nvidia-ya qarşı əvvəllər başlamış istintaqa yönəltmək niyyətində olduğunu göstərir. Məlumata görə, Çin cavab tədbirlərinin əhatə dairəsini daraltmağa çalışır ki, onları daha effektiv etsin. Eyni zamanda başqa bir mənbə qeyd edir ki, Google-a qarşı istintaqın başa çatması Pekindən Çinin danışıqlarda çeviklik nümayiş etdirə biləcəyinə dair siqnaldır.

Çin hakimiyyəti 2025-ci ilin fevralında Google-a qarşı antiinhisar təhqiqatına başlayıb. Qəzetə görə, onlar buna səbəb kimi Google-un Android əməliyyat sisteminin Çin bazarında üstünlük təşkil etməsini və bunun "Oppo" və "Xiaomi" kimi Çin smartfon istehsalçılarına təsirini göstəriblər.

Qəzetin mənbələri qeyd edib ki, Çin rəsmiləri hələlik Google-a araşdırmanı bitirdikləri barədə rəsmi məlumat verməyiblər. Şirkət özü şərh verməkdən imtina edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
1
banco.az

2Mənbələr