AZ

Şəhid ailələri və müharibə iştirakçıları arasında sahibkarlıq mövzusunda təlimlərə start verildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sabunçu Gənclər Evində“Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin həyata keçirdiyi “Şəhid ailələri və müharibə iştirakçıları arasında sahibkarlıq mövzusunda təlimlərin keçirilməsi adlı layihə çərçivəsində 12 iyul 2025-ci il tarixində ilk təlim təşkil olundu.

Tədbir Azərbaycan şəhidlərinin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başladı. “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri və layihə rəhbəri Habil Niftali iştirakçıları salamladıqdan sonra layihə çərçivəsində görülənişlər haqqında ətraflı məlumat verərək bildirdi ki, bu gün keçrilən tədbirlə birlikdə 8 təlim keçriləcək.

Təlimlərin təşkilində məqsəd Bakı şəhəri Sabunçu rayonunda yaşayan şəhid ailələri və müharibə iştirakçılarıarasında sahibkarlıq mövzusunda maarifləndirmə işləri aparmaqla onları biznes fəaliyyəti ilə məşğul olmağa təşviq etməkdir. Bu barədə daha ətraflı məlumatı sizlərə təlimçi Taleh Əliyev verəcəkdir. Mən indi böyük məmnuniyyət hissi ilə sözü təlimçimizə verirəm.

Təlim haqqında iştirakçılara ümumi məlumat verən təlimçi Taleh Əliyev bildirdi ki, təlimlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəhid ailələri və müharibə iştirakçıları üçün ən vacib hüquqi prosedurlar və paktiki işlər barədə ətraflı məlumat veriləcək. Hər bir iştirakçının biznes ideyası əsasında ona öz biznes planının hazırlanması üçün yol xəritəsi təqdim olunacaq.

Yəni nə etməli suallarına ətraflı cavab veriləcək. İlk təlimimiz isə sahibkarlığa giriş mövzusunda olacaq. Bu günki təlim zamanı aşağıdakı mözularda sizə ətraflı bilgi veriləcəkdir. Sahibkarlıq nədir, sahibkarlığın növləri, sahibkarın əsas xüsusiyyətləri, sahibkarlığa başlamaq üçün motivasiya, motivasiya nümunələri, uğura aparan yol-haradan başlamalı və praktiki tapşırıq. Təlimin məruzə hissəsi bitdikdən sonra iştirakçılar öz sahibkarlıq ideyası barədə öz fikirlərini bölüşdülər.

Yekunda “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri və layihə rəhbəri Habil Niftali Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirərək eyd etdi ki, belə layihələrin maliyyələşdirilməsi şəhid ailələri və müharibə iştirakçılarının sahibkarlıq fəaliyyətinə cəlb olunması baxımından çox əhəmiyyətlidir. Bu həm yeni iş yerlərinin yaradılması həm də məşğulluq probleminin həlli baxımındanda çox önəmlidir.

Şəhid ailələri və müharibə iştirakçıları arasında sahibkarlıq mövzusunda ikinci təlim keçrildi.Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sabunçu Gənclər Evində“Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin həyata keçirdiyi “Şəhid ailələri və müharibə iştirakçıları arasında sahibkarlıq mövzusunda təlimlərin keçirilməsi adlı layihə çərçivəsində 13 iyul 2025-ci il tarixində ikinci təlim təşkil olundu.

Tədbir Azərbaycan şəhidlərinin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başladı. “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri və layihə rəhbəri Habil Niftali iştirakçıları salamladıqdan sonra sözü təlimçi Taleh Əliyev verdi.

Təlimin mövzusu haqqında iştirakçılara məlumat verən təlimçi Taleh Əliyev bildirdi ki, bu gün ki, təlimldəbiznes ideyası haqqında aşağıdakı mözularda sizə ətraflı məlumat veriləcək. Biznes ideyası nədir, problemdən ideyaya doğru - ehtiyacları tanımaq, ideyanın reallıq testi və SWOT analiz. Təlimin məruzə hissəsi bitdikdən sonra iştirakçılar öz sahibkarlıq ideyası barədə öz fikirlərini bölüşdülər.

Yekunda “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri və layihə rəhbəri Habil Niftali Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirərək eyd etdi ki, belə layihələrin maliyyələşdirilməsi şəhid ailələri və müharibə iştirakçılarının sahibkarlıq fəaliyyətinə cəlb olunması baxımından çox əhəmiyyətlidir. Bu həm yeni iş yerlərinin yaradılması həm də məşğulluq probleminin həlli baxımındanda çox önəmlidir.

Seçilən
13
2
turkustan.az

3Mənbələr