AZ

Ali Koç: "Mourinyoya özü “Benfika”ya uduzmasını planlaşdırıb..." VİDEO

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Ali Koç komandanın sabiq baş məşqçisi Joze Mourinyo üçün qalmaqallı açıqlamalar səsləndirib.

Bakupost.az xəbər verir ki, buna Mourinyo haqda “Benfika”nın sükanı arxasına keçəcəyinə dair xəbərlər səbəb olub.

“Mən bu xəbəri səhər saatlarında gördüm. Dəqiq olub-olmadığını bilmirəm. Mourinyonun “Benfika” ilə anlaşması xəbəri doğrudursa, buna həyatın qəribə təsadüfü deyə bilərəm. Başqa nə deyə bilərəm? Mourinyo o qədər böyük adamdır ki, “Qarabağ”ın “Benfika”nı udacağını xeyli öncədən görərək, hesablayıb. Az qala püşkatmadan əvvəl... Belə çıxır ki, özü “Fənərbaxça”dan qovulmasını, buna səbəb gördüyü klub rəhbərliyini tənqid etməsini, “Benfika”ya uduzmasını planlaşdırıb. Möhtəşəm ssenaridir”, - A.Koç bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
www.bakupost.az

2Mənbələr