AZ

Trampın III Karla hədiyyəsi mətbuata məlum oldu

Milli.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Londona səfəri zamanı Britaniya kralı III Karl və kraliça Kamillaya xüsusi hədiyyələr təqdim ediblər.

Milli.Az xəbər verir ki, bu barədə "Sky News" "Buckingham" Sarayındakı mənbələrə istinadla məlumat yayıb.

Tramp və Melaniya III Karl üçün keçmiş ABŞ Prezidenti və hərbi rəhbər Duayt Eyzenhauerin qılıncının surətini hədiyyə ediblər. Mənbələrin sözlərinə görə, Eyzenhauerin qılıncı ABŞ və Böyük Britaniya arasında tarixi əməkdaşlığı və müasir münaqişələrdəki əhəmiyyətli tərəfdaşlığı simvolizə edir.

Kraliça Kamillaya isə "Tiffany & Co" şirkətinin 18 karatlıq qızıl, brilyant və rubinlərlə bəzədilmiş çiçək formalı broşu təqdim olunub.

Xatırladaq ki, Tramp və həyat yoldaşı 17 sentyabrda Londona gəlib. Səfər çərçivəsində ölkələr arasında elmi, texnologiya və mülki nüvə energetikası sahələrində 10 milyard dollardan çox dəyərində əməkdaşlıq sazişləri imzalanacaq.

İsmayıl

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
1
news.milli.az

2Mənbələr