AZ

397 min manatlıq dələduzluq edən şəxslə bağlı qərar AÇIQLANDI

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Əlövsət Nəsirovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media Pravda.az-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Ə.Nəsirov bir neçə şəxsə qarşı 396 630 min manatlıq dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə şikayət və protesti təmin etməyib.

Bizim.Media

Seçilən
27
6
bizim.media

10Mənbələr