AZ

Rusiya ordusu Ukrayna şəhərini mühasirəyə alır

BAKI, 18 sentyabr. TELEQRAF

Ukrayna ordusu bir ildən çoxdur Donetsk vilayətinin Pokrovsk şəhərini saxlayır, amma orada vəziyyət sürətlə pisləşir.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Mənbə bildirib ki, Rusiya qüvvələri şəhəri mühasirəyə almağa çalışır və bütün təchizat yollarını kəsərək pilotsuz təyyarələrlə “zərbə zonası” yaradıblar.

London Kral Kollecinin analitiki Marina Miron telekanala deyib:

“Ruslar şəhərə birbaşa hücum etmək istəmirlər, çünki bu, çox çətin və çoxlu insan resursları tələb edir. Onlar Pokrovskı tədricən mühasirəyə alaraq ukraynalıları sıxışdırmağa çalışırlar”.

“Sky News” qeyd edib ki, taktikanı dəyişdirərək şəhəri tədricən mühasirəyə alan Rusiya qoşunları Ukrayna ordusunun Pokrovsk ətrafındakı müdafiə xəttini yara bilərlər.

Müharibədən əvvəl Pokrovskda 60 minə yaxın insan yaşayırdı. Şəhər strateji avtomobil və dəmir yolları qovşağıdır və “Donetskə gedən qapı” hesab olunur. Onun işğalı Kramatorsk və Slovyansk şəhərlərinə gedən yolu aça bilər.

Seçilən
51
teleqraf.com

1Mənbələr