AZ

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə tövsiyə edir: Formula 1 günlərində səyahətinizi öncədən planlaşdırın

Bakı. Trend:

Bakıda keçiriləcək “Formula 1 Azərbaycan Qran Prisi 2025” iləəlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyathərəkətinə artıq məhdudiyyətlər tətbiq olunub.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumatverilib.

Bildirilib ki, bununla yanaşı, ölkəmizə gələn beynəlxalqqonaqların sayının əhəmiyyətli dərəcədə artacağıproqnozlaşdırılır.

Bu səbəbdən, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərəmüraciət edərək səyahətlərini öncədən planlaşdırmağı və havalimanına vaxtında, rahat şəkildə çatmaq üçün əlavə zaman ayırmağıtövsiyə edir.

Sərnişinlərin rahat və maneəsiz səfəri üçün aşağıdakıtövsiyələrə əməl etmələri məsləhət görülür:

  • Hava limanına erkən gəlmək: Təhlükəsizlik vəqeydiyyat prosedurlarını vaxtında tamamlamaq üçün uçuşdan ən azı 2saat əvvəl aeroportda olun.
  • Onlayn qeydiyyatdan keçmək: Gözləmə müddətiniminimuma endirmək üçün uçuşdan əvvəl onlayn qeydiyyatdan keçin.Bəzi aviaşirkətlər uçuşdan 48 saat əvvəl qeydiyyat imkanı təqdimedir.
  • Özünü qeydiyyat və baqaj təhvili köşkləri (self checkin; baggage drop off) xidmətindən istifadə etmək: Buxidmətlərdən yararlanmaqla siz qeydiyyat masalarında yaranan uzunnövbələrdən yayınaraq prosesi daha sürətli başa vurabilərsiniz.
  • Uçuş terminalı məlumatını öncədən yoxlamaq:Uçuşunuzun hansı terminaldan həyata keçiriləcəyini elektron biletvə ya aviaşirkətin rəsmi saytından dəqiqləşdirin.
  • “Aeroexpress” xidmətindən istifadə etmək: “28May” metro stansiyasından hava limanına rahat və tıxacdan kənarçatmaq üçün “Aeroexpress” ictimai nəqliyyatından yararlanın.
  • Parklanma qaydalarına riayət etmək: Nəqliyyatvasitənizi yalnız rəsmi parklanma yerlərində saxlayın. Əks halda,keçidlərin bağlanmasına və digər avtomobillərin hərəkətinə maneolaraq süni tıxaclar yarada bilərsiniz. Qısa müddətli (3 dəqiqə)dayanma üçün xüsusi “drop-off” zonalarından istifadə edin.
  • Parklanma ödənişlərini onlayn etmək: Vaxtınızaqənaət etmək üçün AzParking, ABB, Birbank mobil tətbiqləri və yaTezödə platformasından istifadə edərək parklanma haqqını asanlıqlaonlayn ödəyə bilərsiniz. İlk 15 dəqiqəlik parklanma üçün ödəniştələb olunmur.
  • Xüsusi qayğıya ehtiyacı olan sərnişinlər:Əlavə dəstəyə ehtiyacınız varsa, uçuşdan ən azı 48 saat əvvəlaviaşirkətə müraciət edin.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun bütünxidmətləri Formula 1 dövründə gücləndirilmiş rejimdə fəaliyyətgöstərəcək. Səyahətinizi öncədən planlaşdırmaqla siz rahat,təhlükəsiz və maneəsiz gediş-gəlişinizi təmin edə bilərsiniz.

Seçilən
29
35
az.trend.az

10Mənbələr