ABŞ Prezidenti Donald Trampın olduğu “Air Force One” təyyarəsi ilə “Spirit Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-York səmasında toqquşmadan son anda yayınıblar.
Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniyaya uçan prezident təyyarəsinə sərnişin təyyarəsi çox yaxınlaşıb. Hava dispetçerləri dərhal “Spirit Airlines” təyyarəsinin pilotlarına kursu dəyişməyi tapşırıblar.
Fort Lauderdale-dən Bostona uçan “Spirit Flight 1300” yalnız nəzarətçinin sərt xəbərdarlığından sonra istiqamətini dəyişib.
Daşqın HəsənovMissiya.Az