AZ

Oksana Rəsulova Ən yaxşı qadın rolu nominasiyasının qalibi olub FOTOLAR

ain.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Qazaxstanda keçirilən beynəlxalq teatr festivalında iştirak edib.

AZXEBER.COM xəbər verir ki, 3-cü "BİKENFEST" Beynəlxalq Teatr Festivalında Qazaxstan, Özbəkistan, Gürcüstan, Qırğızıstan kimi ölkələrin Akademik Dram Dövlət teatrları ilə yanaşı, Azərbaycandan təsisçisi Xalq Artisti Vidadi Həsənovun olduğu müstəqil "M.Teatr" da iştirak edib.

Festival çərçivəsində "M.Teatr" Stefan Sveyqin "Yad qadının məktubu" tamaşası ilə çıxış edib.

Yarışmada Azərbaycanın tanınmış teatr və kino aktrisası Oksana Rəsulova "Ən yaxşı qadın rolu" nominasiyasının qalibi olub.

Bu uğur festivalda Azərbaycan teatr sənətinin yüksək səviyyəsini bir daha nümayiş etdirib.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
3
azxeber.com

4Mənbələr