AZ

Tramp ABŞ-da “Antifa”nı terror təşkilatı elan etdi

ABŞ prezidenti Donald Tramp ölkədə fəaliyyət göstərən anti-faşist hərəkatı “Antifa”nı terror təşkilatı kimi tanıyacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, o, bunu Truth Social səhifəsində yazıb və hərəkatı “təhlükəli, sol-radikal” adlandırıb.

Tramp həmçinin bu hərəkatı maliyyələşdirənlərə qarşı istintaqların aparılacağını bildirib. “Antifa” mərkəzləşdirilməmiş, yerli qruplar və sosial media icmalarından ibarət hərəkatdır və faşizm, irqçilik və ultra-sağ hərəkatlara qarşı fəaliyyət göstərir.

Qeyd edək ki, Tramp ilk prezidentliyi zamanı da bu hərəkatı terror təşkilatı kimi tanımaq niyyətində olduğunu bəyan etmişdi.

Bizim.Media

Seçilən
20
bizim.media

1Mənbələr