Joze Mourinyo yaxın vaxtlarda "Benfika"nın yeni baş məşqçisi olacaq.
Publika.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.
Portuqaliyalı mütəxəssis artıq müqavilənin şərtlərini razılaşdırıb. Tərəflər 2 illik müqavilə imzalayacaq. Hazırda isə köməkçilərlə bağlı son detallar müzakirə olunur. Klubun Mourinyonu bu gün, sentyabrın 18-də rəsmi şəkildə təqdim edəcəyi gözlənilir.
Joze "Benfika" ilə müqavilə imzalamaq üçün Lissabona gəldikdən sonra jurnalistlərə açıqlama da verib:
“Mənə “Benfika”da təklifi gələndə tərəddüd etmədən cavab verdim: “Bəli, istəyirəm, maraqlanıram”. Hansı məşqçi “Benfika”dan imtina edərdi, əlbəttə ki, mən yox”.