AZ

Duqlas Kosta klubsuz qaldı

ain.az, Fanat portalına istinadən məlumat verir.

35 yaşlı braziliyalı vinger Duqlas Kosta klubsuz qalıb. 

Fanat.Az xəbər verir ki, o, 2024-cü ilin yayından bəri çıxış etdiyi Avstraliyanın "Sidney" klubundan ayrılıb. 

Məlumatı klubun mətbuat xidməti yayıb.

Xatırladaq ki, Kosta "Şaxtyor", "Bayern Münhen" və "Yuventus"da çıxışı ilə tanınır. O, həmçinin “Fluminense” və “Los Angeles Galaxy” klublarında da oynayıb. Braziliya millisinin heyətində 31 oyun keçirən Kosta 3 qol vurmağı bacarıb. 

"Transfermarkt" Kostanın dəyərini 650 min avro qiymətləndirir. 

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
1
fanat.az

2Mənbələr